
Tehrandakı “Gülüstan” sarayı UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilmişdir.
İranın ümumi informasiya məkanında yayılmış rəsmi məlumata görə, bu barədə qərar təşkilatın 37-ci illik toplantısında qəbul edilmişdir.
Maddi-mədəni irs siyahısına daxil edilmək üçün 2007-ci ildən UNESCO-ya müraciət olunmuş “Gülüstan” Qacarlar sülaləsinin yerləşdiyi şah sarayı olmuşdur.