
APA-nın məlumatına görə, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi (KTMK) Nikolay Boprdyuja İrəvanda Rusiyanın Azərbaycana külli miqdarda silah-sursat satması barədə məlumatı şərh edərkən deyib. N. Bordyuja qeyd edib ki, Rusiya dünyanın onlarla ölkəsinə, o cümlədən KTMT-ya daxil olmayan dövlətlərə silah-sursat satır. “Bu, biznes, bazar, Rusiya Federasiyasının iqtisadiyyatıdır. O başqa məsələdir ki, KTMT üzvü olmayan ölkələrə silah satarkən hər şeydən öncə regiondakı paritet əsas götürülməlidir. Azərbaycana silah-sursat satışı barədə qərar qəbul edilərkən də məhz bu prinsip əsas götürülüb”.