İsveçrə hökumətindən iqtisadi maraqlara görə İsveçrəyə sığınan azərbaycanlılara “Qırmızı Kart” siyasəti

Son zamanlar Azərbaycandakı siyasi təqib və təzyiqlərdən qaçaraq İsveçrəyə sığınan insanlara qarşı İsveçrə hakimiyyəti tərəfindən qərəzli münasaibət halları geniş yayılıb. Bununla əlaqədar olaraq, Avropa Azərbaycanlıları Milli Birlik Şurası xüsusi komissiya yaradaraq araşdırmalar aparmışdır. Araşdırma zamanı bir – sıra maraqlı nəticələr əldə edilib. Belə ki, müəyyən edilib ki, azərbaycan hakimiyyəti ilə xüsusi iqtisadi əlaqələrə malik olan isveçrə hökuməti azərbaycandan olan siyasi mühacirlərə qarşı rəsmi Bakı tərəfindən aldığı sifarişləri icra edir.Bununla əlaqədar olaraq Avropa Azərbaycanlıları Milli Birlik Şurası İsveçrə Ədliyyə naziri xanım Simonetta Sommarugaya müraciət göndərib. Muraciətin surətləri İsveçrə Federal Hökümətin Miqrant İdarəsi (BFM) cənab Mario Gattikerəyə, BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı xanım Navanetxem Pilleyə, Avropa Şurası Parlament Assambleyasınn prezidenti cənab Jean-Claude Mignona, Avropa Parlamentinin İnsan Hüquqları Komissiyasına, Amnesty İnternational təşkilatın İsveçrə Nümayəndəliyinə, Human Righta Watch təşkilatının İsveçrə Nümayəndəliyinə ünvanlanıb.

əsas linklər