
Vəhid Faizpur, Milli-mədəni fəal Qulam Quluzadə,Urmulu (Urmiyə- urmia ) bilim yurdu hocası Süməyyə Əlidusti,Pərya Xəlilzadə, Sevda Xəlilzadə, Məsumə Pərivəj, Zəhra Zadqasim, Hüseyn Zadqasim, Tohid Həsəni, Səid Lotfi, Səid Əbdi, Nima Həsəni, Sina Həsəni, İrfan Müqəddəm, Sima Sakini, Milad Kulani (Sabutay) və azərbaycanlı reper Babək Qaneni (Arazlı)”. Fəallar 27 june 2013də iran tarixilə tirin 6-da dünya üzrə işgəncəyə qarşı mübarizə günü (26 june- tirin 5) mərhum professor Zehtabi ilini ağırlamaq məqsədi ilə Urmiyədən Səhənd dağı yamaclarına yola düşmüşdülər. Tutulan fəallardan 8-i qadın olub. Fəallar ilk öncə Urmiyənin (Urmiyə- urmia ) şəhid Kəlantəri polis mərkəzinə aparılıb və orda polis qüvvələri tərəfindən möhkəm döyülmüşdülər. Buna səbəb polis məmurlarının tutuqlular arasında bulunan qızlardan birinə hörmətsizlik və təhqir etməsi olub. Polis məmurunun bu çirkin əməli azərbaycanlı fəalların sərt reaksiyasına və nəhayət aranın qarışmasına səbəb olub. Məmurlar dəyənək milli fəallara hücum edib və bir neçə nəfəri yaralamışdılar. Xanım Süməyyə Əlidustun vəziyyətinin ağır olduğu isə xüsusi bildirilmişdir.