Güney Azərbaycanın Xoy şəhəri sakini, yazıçı Həmid Arğış ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən təhdid edilib.
Xoy şəhərinin ETTELAAT məmurları yazıçının iş yerinə müraciət edərək, onu “80 illik hikayəmiz” kitabını çap etdiyinə görə sorğu-suala tutublar.
ETTELAAT məmurları bu kitabın qeyri-dövlət qurumu tərəfindən çap edildiyini bəhanə gətirib və onu qanunsuz elan edərək, kitabı yazıçıdan almaq istəyiblər. Lakin kitab iş yerində olmadığından buna nail ola bilməyiblər.
Qeyd edək ki, adını çəkdiyimiz yazarın bir neçə dastan kitabı və əsərləri var. O, həmçinin müxtəlif elmi məqalələr müəllifidir.
Yazıçı bundan öncədə mədəni fəaliyyətlərinə görə tutuqlanıb və müxtəlif təzyiqlərə məruz qalıb.